Operativ Məlumat Mərkəzi

Venesuela neftinin satışından əldə olunan 500 milyon dollar Qətərdəki hesaba yerləşdirilib

1 dəq
Paylaş:
Venesuela neftinin satışından əldə olunan 500 milyon dollar Qətərdəki hesaba yerləşdirilib
bu barədə “Semafor” nəşri ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, Venesuela neftinin Tramp administrasiyası dövründə həyata...

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela neftinin ilk satışından əldə olunan 500 milyon dolların əsas hissəsini Qətərdə yerləşən hesaba köçürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Semafor” nəşri ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Venesuela neftinin Tramp administrasiyası dövründə həyata keçirilən ilk satışı təxminən 500 milyon dollar dəyərində qiymətləndirilir.

Nəşr bildirir ki, vəsaitin əsas hissəsi Qətərdə yerləşən xüsusi hesaba yatırılıb.

Mənbələrin sözlərinə görə, sözügedən hesablar ABŞ hökumətinin nəzarətindədir və Trampın cümə günü imzaladığı müvafiq sərəncama əsasən açılıb. Media ilə danışan mənbələrdən biri Qətərin seçilməsini ölkənin neytral mövqeyi ilə izah edib. Onun fikrincə, bu seçim mümkün siyasi və maliyyə risklərinin qarşısını almağa imkan verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər