4470 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub

4470 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub
14.04.2023 10:53
Aa
dəq

"Azəristiliktəchizat" ASC-nin istilik təsərrüfatlarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədi ilə 2022-2023-cü illər payız-qış mövsümü ərzində ən zəruri işləri görülüb, o cümlədən, qəza-təmir işlərinin operativ aradan qaldırılması təmin edilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mövsümün yekunları barədə keçirilən mətbuat konfransında deyib.

Belə ki, 4470 m məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub, 28 ədəd qazan aqreqati cari təmir olunub, 1 ədəd qazan əsaslı təmir olunub, 40 ədəd odluq cari təmir olunub və 4 ədəd yenisi ilə əvəz olunmuşdur.

Həmçinin 22 dəst istilik mübadilə aparatları təmir olunub, 31 ədəd kimyəvi su yumşaltma qurğuları təmir olunub, 59 ədəd nasos cari və 12 ədəd əsaslı təmir olunub, 12 ədədi isə yenisi ilə əvəz edilib.

Həftənin ən çox oxunanları