Operativ Məlumat Mərkəzi

2024 Nobel İqtisadiyyat Mükafatını qazanan Daron Acemoğlu kimdir?

3 dəq
Paylaş:
2024 Nobel İqtisadiyyat Mükafatını qazanan Daron Acemoğlu kimdir?
İsveç Kral Elmlər Akademiyası 2024 Nobel İqtisadiyyat Mükafatını millətlərin rifah cəmiyyətlərinə çevrilməsi üzərindəki işlərinə görə Daron Acemoğlu,...

İsveç Kral Elmlər Akademiyası 2024 Nobel İqtisadiyyat Mükafatını millətlərin rifah cəmiyyətlərinə çevrilməsi üzərindəki işlərinə görə Daron Acemoğlu, Simon Johnson və James A. Robinsona təqdim etdi.

Üç iqtisadçı coğrafi və iqtisadi baxımdan müxtəlif xüsusiyyətlərə malik ölkələri müqayisə edərək, institutların quruluşunun millətlərin zənginləşməsində həlledici faktor olduğunu ortaya qoyublar.

Akademiyanın iqtisadiyyat mükafatı komitəsinin sədri Jakob Svensson bildirib ki, ölkələr arasındakı gəlir uçurumunu aradan qaldırmaq günümüzün ən böyük çətinliklərindən biridir. Daron Acemoğlu, Simon Johnson və James A. Robinsonun qabaqcıl tədqiqatları sayəsində ölkələrin niyə uğurlu olub-olmadığını daha yaxşı başa düşürük.

Acemoğlu Orhan Pamuk (2006 - Ədəbiyyat) və Aziz Sancardan (2015 - Kimya) sonra Türkiyəyə Nobel mükafatı gətirən üçüncü şəxs oldu.

Bəs Daron Acemoğlu kimdir?

İqtisadçı Daron Acemoğlu 1967-ci ildə erməni bir ana və atanın övladı olaraq İstanbulda dünyaya gəlib.

Daron Acemoğlunun 1988-ci ildə vəfat edən atası Kevork Acemoğlu Türkiyənin tanınmış ticarət hüququ mütəxəssislərindən biri idi.

1991-ci ildə vəfat edən anası İrma Acemoğlu isə Kadıköy Aramyan Uncuyan Məktəbinin keçmiş müdürlərindən idi. İrma Acemoğlu şair və ədəbiyyatçı kimliyi ilə də tanınırdı.

Daron Acemoğlu Qalatasaray Liseyini bitirdikdən sonra 1989-cu ildə İngiltərədəki York Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi, 1990-cı ildə London İqtisadiyyat Məktəbində riyazi iqtisadiyyat və ekonometriya üzrə magistr dərəcəsi və 1992-ci ildə eyni məktəbdə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.

Acemoğlu 1993-cü ildən bəri ABŞ-dakı Massaçusets Texnologiya İnstitutunda (MIT) iqtisadiyyat professoru kimi fəaliyyət göstərir.

O, iqtisadi-siyasət sahəsindəki tədqiqatları ilə tanınır.

Uzun müddətdir birlikdə çalışdığı Simon Johnson və James A. Robinson ilə birlikdə yazdığı onlarla məqaləsi var.

Acemoğlu Robinson ilə birlikdə "Diktatorluğun və Demokratiyanın İqtisadi Kökləri" (2006) və "Millətlərin Süqutu" (2012) kitablarını yazıb.

"Millətlərin Süqutu" (2012) kitabı əsasən, yoxsul bir cəmiyyətin zəngin bir cəmiyyətə çevrilməsi üçün siyasi bir dönüşüm yaşaması lazım olduğu bildirilir.

İki iqtisadçı bunun üçün sıravi vətəndaşların Fransa, Yaponiya, Botsvana və ABŞ nümunələrində olduğu kimi siyasi gücə sahib olması lazım olduğunu vurğulayırdı.

Daron Acemoğlu keçmiş müsahibələrində "demokratiya, siyasi institutlar ilə iqtisadi inkişaf arasındakı əlaqə və diktatorluq təzyiqi" kimi mövzulara "gənclik illərində, xüsusilə yaxın zamanda hərbi çevriliş yaşamış bir ölkədə böyüyərkən" maraq göstərməyə başladığını bildirmişdi.

Acemoğlu günümüzün ən çox istinad edilən iqtisadçılarından biridir.

Aldığı çoxsaylı mükafatlar arasında Amerika İqtisadçılar Assosiasiyasının verdiyi "John Bates Clark" medalı da var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər