Operativ Məlumat Mərkəzi

2023-cü ildə 1 milyondan çox əfqan öz ölkələrindən deportasiya edilib

1 dəq
Paylaş:
2023-cü ildə 1 milyondan çox əfqan öz ölkələrindən deportasiya edilib
bu barədə xarici KİV məlumat yayıb. Nazirliyin sözçüsü Abdulmuttalip Haqqani mətbuata verdiyi açıqlamada, nazir müavini Haqqaninin paytaxt Kabildə...

Əfqanıstan müvəqqəti hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Halilurrahman Haqqani 2023-cü ildə 1 milyondan çox əfqanın ölkəyə qayıtdığını, onların əksəriyyətinin Pakistan və qonşu ölkələrdən deportasiya edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nazirliyin sözçüsü Abdulmuttalip Haqqani mətbuata verdiyi açıqlamada, nazir müavini Haqqaninin paytaxt Kabildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmiləri ilə keçirdiyi görüşdə ölkə xaricində yaşayan qeyri-qanuni əfqan mühacirlərlə bağlı 2023-cü il üçün qiymətləndirməsini paylaşıb.

Haqqani BMT QAK rəsmilərindən immiqrasiya məsələsini siyasi məsələlərdən ayırmağı və Əfqanıstana yardımlarını davam etdirməyi tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər