"2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"

"2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb"
13.03.2023 12:08
Aa
dəq

"2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var:

"2011-ci ildən heç bir universitet bir manat da olsa, maliyyə almayıb. Belə olan halda hansı elmdən söhbət gedə bilər?! Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq?! Yenə də alimlərin özünün fədakarlığı hesabına, yaxud da təhsildən əldə edilən vəsait hesabına olur. Yadıma gəlir ki, ADNSU “universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə ən böyük qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirməsi adı qoya bilməzsiniz. Ona görə də bu məsələlərlə elə məqamlar nəzərdə tutulmalıdır ki, heç olmasa universitet özü maliyyə ayıra bilsin”.

Rektor vurğulayıb ki, müəssisələr universitetlərdən pulsuz kadrlar alırlar:

"Bu kadrlar müəssisələrə külli miqdarda gəlir gətirir. Müəssisələrin gəlirlərinin 1 faizi universitetlərin maliyyələşdirilməsinə yönəlməlidir. Sovet dövründə bu, 5 faiz idi".

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu