Əsas məzmuna keç

18 yaşlı oğlan qətl törətdi

18 yaşlı oğlan qətl törətdi

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Astara rayon prokurorluğundan...

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb, Pərviz şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…