Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Uqandada dəhşətli yol qəzası: 14 nəfər həlak olub

2 dəq
Paylaş:
Uqandada dəhşətli yol qəzası: 14 nəfər həlak olub

Uqandada sərnişin mikroavtobusunun ilə toqquşması nəticəsində 14 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Uqanda polisi məlumat yayıb.

Məlumata görə, faciəli yol- hadisəsi bazar ertəsi gecə saatlarında Kalunqu bölgəsindəki “Kamunga” Ticarət Mərkəzi yaxınlığında baş verib.

Bildirilib ki, sərnişin qum yüklü yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişin hadisə yerindəcə dünyasını dəyişib, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd olunub ki, hadisədən sonra yük maşınının sürücüsü ərazidən qaçıb. Hüquq-mühafizə orqanları sürücünün tapılması üçün axtarış tədbirlərinə başlayıb.

Yerli rəsmilər qəzanın səbəblərinin araşdırıldığını açıqlayıb.

Məlumata əsasən, Uqandada yol- hadisələri tez-tez baş verir. Buna səbəb kimi nəqliyyat vasitələrinin texniki vəziyyətinin qənaətbəxş olmaması, sürət həddinin aşılması və yol infrastrukturundakı problemlər göstərilir.

Xatırladılıb ki, iyul ayında da ölkədə oxşar faciə baş vermişdi. Məktəbliləri daşıyan avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 20-dən çox şagird həyatını itirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax