ABŞ-nin Miçiqan bölgəsində 13 yaşlı şagird məktəbliləri daşıyan avtobusu qəza şəraitindən xilas edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"-a istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameralarında qeydə alınıb.
Belə ki, sürücünün idarəetmə zamanı huşunu itirdiyinu görən məktəbli dərhal ona yaxınlaşıb. Sükanı ələ alan gənc tez bir zamanda əyləcə basaraq hərəkəti dayandırıb.