Rusiyalı biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyası üzvlərinin 12 tərəfdarı ev dustaqlığına buraxılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib.
Onlar barəsində əlavə qətimkan tədbiri kimi girov və ölkəni tərk etməyə qadağa da seçilib.
Bununla yanaşı, saxlanılan daha iki nəfər sərbəst buraxılıb.
Xatırladaq ki, dünən, 16 aprel tarixində Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılmışdı.