Əsas məzmuna keç

11-ci Anadolu Media Mükafatları: TRT üç nominasiyada qalib gəldi

11-ci Anadolu Media Mükafatları: TRT üç nominasiyada qalib gəldi

Türkiyə Prezidentinin köməkçisi Cövdət Yılmaz media nümayəndələrini dezinformasiyaya qarşı diqqətli olmağa çağırıb.

en ru

Prezidentinin köməkçisi Cövdət ölkədə terrorun kökünün kəsilməsi prosesində və ictimaiyyətin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yılmaz bu barədə 11-ci “Anadolu Media Mükafatları”nın təqdimetmə mərasimində çıxışı zamanı danışıb.

Məlumata görə, Yılmaz cəmiyyəti və media qurumlarını mümkün təxribatlara və dezinformasiya cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.

“Siyasətin, medianın və xalqımızın ortaq məsuliyyət hissi ilə hərəkət etməsi bu prosesin uğurla nəticələnməsi üçün böyük əhəmiyyət daşıyır. Biz olduqca həssas bir dövrə qədəm qoymuşuq. Media mənsubları başda olmaqla, ictimaiyyətə mesaj ötürən hər bir şəxsin istifadə etdiyi dilə və formalaşdırdığı təsirə xüsusi diqqət yetirməsi gözləntimizdir”, – deyə Cövdət Yılmaz bildirib.

Kompleksində keçirilən mərasimdə Türkiyənin İctimai Televiziya və Radio Yayımları Qurumu (“TRT”) üç mükafata görülüb.

Tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da iştirak edib.

Mükafatlandırma zamanı “TRT TABİİ” platformasında yayımlanan “Şule Senin Hikayen” serialı “İlin platforma serialı” seçilib. Mükafatı “TRT”nin baş direktoru Mehmet Zahid Sobacı qəbul edib.

Bundan əlavə, “TRT Kürdi” kanalı “İlin televiziya kanalı” adına layiq görülüb.

“TRT Haber” kanalının aparıcısı Fatih Çimen isə “İlin xəbər aparıcısı” mükafatını qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…