Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanda seçkiləri ATƏT PA-nın 100 nümayəndəsi izləyəcək

2 dəq
Paylaş:
Ermənistanda seçkiləri ATƏT PA-nın 100 nümayəndəsi izləyəcək

ATƏT Assambleyasının 30-dan çox ölkədən 100-ə yaxın parlament üzvü və əməkdaşı iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyası məlumat yayıb.

Bildirilib ki, təşkilat 1995-ci ildən bu yana Ermənistanda seçkiləri müşahidə etmək məqsədilə artıq on ikinci missiyasını həyata keçirir.

Niderland senatoru Kərimi ATƏT-in Qısamüddətli Müşahidə Missiyasının xüsusi koordinatoru və rəhbəri təyin olunub. ATƏT PA nümayəndə heyətinə isə Monteneqro Parlamentinin üzvü Evrosima Peyoviç edəcək.

Müşahidəçilər seçkilərdən əvvəl dövlət qurumlarının, Mərkəzi Komissiyasının, siyasi partiyaların, vətəndaş cəmiyyəti təşkilatlarının, media nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə bir sıra görüşlər keçirəcəklər. Bundan əlavə, seçki kampaniyasını qiymətləndirmək üçün Ermənistanın müxtəlif bölgələrinə səfərlər planlaşdırılır.

ATƏT Parlament Assambleyasının müşahidəçiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası, eləcə də Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndə heyətləri ilə birgə fəaliyyət göstərəcəklər.

Fərəh Kərimi bildirib ki, bu seçkilərə əhəmiyyətli dərəcədə yenilənmiş seçki qanunvericiliyi ilə gedir.

Onun sözlərinə görə, yeni sistem seçki saxtakarlığı, seçicilərə təzyiq və inzibati resurslardan sui-istifadə kimi problemlərin aradan qaldırılmasına yönəlib. Kərimi əlavə edib ki, müşahidəçilərin əsas vəzifəsi bu dəyişikliklərin praktikada necə tətbiq olunduğunu izləməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax