Əsas məzmuna keç

Yol polisi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib

Yol polisi yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib

Baş Dövlət İdarəsi (BDYPİ) yollarda sürüşmə ehtimalının artması ilə bağlı edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ölkə ərazisində yağmurlu hava şəraitinin yollarda qəza riskini artırdığı bildirilib.

"Xüsusilə çiskinli havalarda toz-qum, də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər", - xəbərdarlıqda qeyd olunub.

Vurğulanıb ki, BDYPİ dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…