Əsas məzmuna keç

Yakutiyada təbii yanğınların sahəsi 936 min hektarı keçib

Yakutiyada təbii yanğınların sahəsi 936 min hektarı keçib

bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (RF FHN) Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib. “Aviameşəmühafizə”...

Yakutiya ərazisində yanğınların əhatə etdiyi ərazi 936 min keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (RF FHN) Baş İdarəsinin xidmətindən bildirilib.

“Aviameşəmühafizə” xidmətindən operativ məlumatlara əsasən, respublika ərazisində 165 təbiət yanğını mövcuddur. Yanğının söndürülməsinə RF FHN-nin bütün qarşılıqlı fəaliyyət göstərən strukturlarından 1832 əməkdaş və 157 avadanlıq cəlb edilib.

İdarənin əsas səyləri yaşayış məntəqələrinin qorunmasına, habelə yanğının söndürülməsində iştirak edən qüvvə və vasitələrin əlaqələndirilməsinə yönəlib.

Ötən gün yanğınlar səbəbindən havada kimyəvi maddələrin icazə verilən maksimum konsentrasiyasının artıqlığı qeydə alınıb.

Yakutiya ölkənin ən təhlükəli bölgələrindən biridir. Respublikada meşələrin ümumi sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi). İyunun 11-də meşə yanğınları səbəbindən ərazidə regional xarakterli fövqəladə vəziyyət rejimi olunub, iyunun 26-da Yakutiya ərazisində xüsusi yanğın rejimi yaradılıb, iyulun 1-də isə federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…