Əsas məzmuna keç

Xocalıda yol qəzası oldu

Xocalıda yol qəzası oldu

Xocalı rayonunda olub, xəsarət var.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM" -ə DİN-in Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq aparıb.

Araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə "Mercedes" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…