Əsas məzmuna keç

XİN rəhbəri: Aİ ilə saziş daha da zənginləşdirilə bilər

XİN rəhbəri: Aİ ilə saziş daha da zənginləşdirilə bilər

bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının...

Avropa İttifaqı ilə saziş daha da zənginləşdirilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri Avropa İttifaqının xarici işlər və siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanın Aİ üçün əsas ticarət tərəfdaşı olması məmnunluqla qeyd olunub: “Bizim ticarət dövriyyəmiz təqribən 20 milyard dollar təşkil edir. Biz enerji sahəsində əməkdaşlığı ilk olaraq qeyd etmə istərdik. Uzun illər Aİ ölkələri üçün etibarlı xam neft təchizatçısı olub. Daha sonra Cənub Qaz Dəhlizinin 2-ci fazasının yekunlaşdırılması ilə ilk dəfə Xəzər bölgəsindən Avropa ölkələrinə qaz təchizatına start verilib. Ukrayna müharibəsindən sonra Azərbaycandan Avropa ölkələrinə qaz təchizatçısı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün 12 ölkəyə Azərbaycan qazı təchiz edilir. Bu istiqamətdə mövcud olan və əməkdaşlığın perspektivləri müzakirə edilib”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…