Əsas məzmuna keç

Xəzər dənizində güclü zəlzələ baş verib - YENİLƏNİB - 2

Xəzər dənizində güclü zəlzələ baş verib - YENİLƏNİB - 2

Zəlzələ ilə bağlı dağıntı və tələfat yoxdur. DİN sosial şəbəkələrdəki saxta məlumatları təkzib etdi.

Daxili İşlər Nazirliyinə (DİN) , tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.

00:30 ***

dənizində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub

00:17 ***

Xəzər dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanlar Azərbaycanda da hiss edilib.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…