Operativ Məlumat Mərkəzi

Xəzər dənizində güclü zəlzələ baş verib - YENİLƏNİB - 2

2 dəq
Paylaş:
Xəzər dənizində güclü zəlzələ baş verib - YENİLƏNİB - 2
Zəlzələ ilə bağlı dağıntı və tələfat yoxdur. DİN sosial şəbəkələrdəki saxta məlumatları təkzib etdi.

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.

00:30 ***

Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub

00:17 ***

Xəzər dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanlar Azərbaycanda da hiss edilib.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər