Operativ Məlumat Mərkəzi

Xarici işlər nazirinin müavini ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə telefonla danışıb

2 dəq
Paylaş:
Xarici işlər nazirinin müavini ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə telefonla danışıb
Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub. XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Olson arasında baş tutub.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında -ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanə bölgədə itkilərə səbəb olan son hərbi təxribatlarının danışıqlar üzrə səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb.

Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax