Xarici işlər nazirinin müavini ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə telefonla danışıb

Xarici işlər nazirinin müavini ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə telefonla danışıb
14.05.2023 21:19
Aa
dəq

Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson arasında telefon danışığı baş tutub.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan tərəfindən sülh prosesinə maneçilik səylərinin, o cümlədən sərhədyanə bölgədə itkilərə səbəb olan son hərbi təxribatlarının danışıqlar üzrə beynəlxalq səylərə xələl yetirmək məqsədi daşıdığı vurğulanıb.

Erika Olson öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib. ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu