Operativ Məlumat Mərkəzi

Vəkillərə yeni hüquqlar verilib

2 dəq
Paylaş:
Vəkillərə yeni hüquqlar verilib

Vəkillərə yeni hüquqlar verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Beləliklə, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Bu xəbəri paylaş

Oxşar xəbərlər