Ukraynanın Qərb müttəfiqləri Kiyevə 21 milyard avro (23,8 milyard dollar) hərbi yardım göstərməyi öhdələrinə götürüblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Heli Ukraynaya silah göndərilməsi ilə bağlı təmas qrupunun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, Britaniya 2025-ci ildə Kiyevə rekord məbləğdə 4,5 milyard funt-sterlinq (5,9 milyard dollar) hərbi yardım verəcək.