Ukraynanın energetika naziri Svitlana Qrinçuk ölkənin qaz infrastrukturuna dəymiş ziyanla əlaqədar olaraq təbii qaz idxalını 30% artırmağı planlaşdırdıqlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Reuters'' məlumat yayıb.
Nazirin sözlərinə görə, bu məsələ G7 ölkələri ilə aparılan danışıqlarda da gündəmdə olub. Hazırda Ukrayna tərəfindən mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artırılması imkanları da nəzərdən keçirilir.