Bu gün səhər saatlarında Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə hava zərbəsi endirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsindən verilən yazılı açıqlamada bildirilib.
Açıqlamada Rusiya qüvvələrinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyi və ilkin məlumata görə, bütün hədəflərin Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
"Raketlərin və PUA-ların növü və sayı ilə bağlı yekun məlumatlar tezliklə Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq", - məlumatda deyilir.
Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.