Ukrayna Müdafiə Nazirliyi gələn il Ukrayna Silahlı Qüvvələrini 30 000-dən çox xüsusilə uzaq mənzilli pilotsuz uçuş aparatı ilə təchiz etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hərbi idarə bu barədə "X" hesabında bildirib.
“Bu yeni nəsil pilotsuz təyyarələr uzaq məsafələrdə avtonom şəkildə fəaliyyət göstərə və düşmən hədəflərini yüksək dəqiqliklə vura bilir”, - deyə məlumatda qeyd olunub.
Ukrayna Müdafiə Nazirliyi istehsalın qismən xarici tərəfdaşlar tərəfindən maliyyələşdirildiyini açıqlayıb.