Əsas məzmuna keç

Ukrayna fevralda maliyyə ehtiyatlarını tükəndirə bilər

Ukrayna fevralda maliyyə ehtiyatlarını tükəndirə bilər

bu barədə "Politico" nəşri məlumat yayıb. Məqalədə bildirilir ki, Belçika, öz depozitlərində saxlanılan dondurulmuş Rusiya Bankının aktivlərindən...

Avropa İttifaqı (Aİ) Rusiya aktivlərini müsadirə etməklə Kiyevə “ kreditləri” vermək barədə razılığa gələ bilməsə, fevral ayında maliyyə ehtiyatlarını tükəndirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, Belçika, öz depozitlərində saxlanılan dondurulmuş Rusiya Bankının aktivlərindən istifadə planını bloklamağa davam edərsə, Ukrayna büdcəsi 2025-ci ilin əvvəlində çökə bilər:

“Ukrayna 2025-ci ildən 2026-ya doğru irəlilədikcə maliyyə böhranı ilə üzləşəcək və Belçika bu planı bloklamağı dayandırmasa, fevralda pulu tükənəcək”.

Nəşr qeyd edir ki, Aİ liderləri dekabr sammitində məsələni yenidən müzakirə etməyi planlaşdırırlar, lakin Brüsseldə kompromisə yaxınlaşma yoxdur.

"Politico" həmçinin xatırladır ki, ABŞ-ın Kiyevə maliyyə yardımı dayandırmasından sonra, Ukraynanın əsas maliyyə yükü Aİ-nin üzərinə düşür.

Əgər təzminat mexanizmi qəbul edilməsə, Aİ dövlətlərinin əlavə borclanma ilə yardım etməyə razı olacağı ehtimalı azdır. Bu halda Ukraynaya dəstək “könüllülər koalisiyası” tərəfindən həyata keçirilə bilər — bu da ölkədəki siyasi qeyri-sabitlik və korrupsiya qalmaqalları fonunda daha da çətinləşəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…