Əsas məzmuna keç

Ucarda KİNO kimi hadisə: Qara maska geyinib evə basqın etdilər, sonra..

Ucarda KİNO kimi hadisə: Qara maska geyinib evə basqın etdilər, sonra..

Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə...

Ucar Rayon Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7 000 manat pulu aparması barədə məlumat daxil olub.

DİN-in Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…