Ucarda KİNO kimi hadisə: Qara maska geyinib evə basqın etdilər, sonra..

Ucarda KİNO kimi hadisə: Qara maska geyinib evə basqın etdilər, sonra..
18.02.2023 09:12
Aa
dəq

Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7 000 manat pulu aparması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi - OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər sakini Cavanşir Kərimov saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, hadisə zamanı zərərçəkənin onları tanımaması üçün qara maska geyindiklərini, daha sonra onun əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan pulları apardıqlarını bildiriblər.

Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
DAVAMIN OXU davamın oxu

Evə basqın etdi, polis zərərsizləşdirdi

Evə basqın etdi, polis zərərsizləşdirdi
DAVAMIN OXU davamın oxu

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb

Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu