Əsas məzmuna keç

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

DİN-in əməliyyatı: Narkotik, qanunsuz silah və dələduzluğa görə axtarılan onlarla şəxs tutulub. İtkin düşənlər və borclularla bağlı son təfərrüatları öyrənin.

en ru

Martın 24-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması əməkdaşları tərəfindən təmin olunub.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli 27 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…