Operativ Məlumat Mərkəzi

Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var

2 dəq
Paylaş:
Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var
bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet”ə müsahibəsində bildirib. “Ermənistandan keçən bu marşrutun işindən...

Zəngəzur dəhlizi ilə bağlı iki var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Hürriyet”ə müsahibəsində bildirib.

“Ermənistandan keçən bu marşrutun işindən xəbərdarsınız. Bu, 43 bir marşrutdur. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ var və bunların hər ikisi hazırda masadadır”, - deyə nazir vurğulayıb.

O bildirib ki, tikinti işlərini davam etdirir: “Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.

Qeyd edək ki, nazir bir qədər əvvəl verdiyi müsahibəsində ölkəsininZəngəzur dəhlizi layihəsinin 5 il ərzində həyata keçiriləcəyinə ümid etdiyini bildirib. “Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Ümumilikdə, bu dəhlizin yaradılma prosesi 5 il tələb edəcək. Düşünürəm ki, 2028-ci ildə bütün işləri başa çatdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

Onun sözlərinə görə, dəhlizin hissəsi 43 kilometr təşkil edir. Ermənistanın Nikol Paşinyan son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax