Baş nazir Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsi məsələsindən danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Paşinyan bildirib ki, delimitasiya çərçivəsində Azərbaycanla ərazi mübadiləsi olarsa, Ermənistan vətəndaşlarının mövqeyi lazım olacaq.
“Heç kim Ermənistan xalqının iradəsinə qarşı başqa ssenari ilə gedə bilməz. Bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan baş verə bilməz”, - Baş nazir vurğulayıb.