Operativ Məlumat Mərkəzi

Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb

1 dəq
Paylaş:
Türkiyədə meşə yanğınlarında üç könüllü ölüb
bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb. Məlumata görə,...

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edən üç könüllü ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, bu rayonlarda meşə yanğını davam edir. Yanğınla əlaqədar üç şübhəli saxlanılıb.

Məlumata görə, ötən gecə 1777 şəxsi heyət və 688 yanğınsöndürən maşın yanğını nəzarət altına almaq istiqamətində fəaliyyət göstərib. Onlara havadan da dəstək verilib.

İnformasiyaya əsasən, fəlakətlə əlaqədar 18 kəndin, 50 məhəllənin sakinləri təxliyə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər