Türkiyənin Eskişehir bölgəsində meşə yanğını baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, meşə yanğınını söndürmək üçün havadan və qurudan müdaxilə edilir.
Meşəlik ərazidə yanğının baş vermə səbəbi hələlik bəlli deyil.