Türkiyə İsrail ordusunun İsrail ilə Suriya arasındakı bufer zonasına girməsini və Suriya ərazisinə irəliləyişini şiddətlə pisləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Suriya xalqının arzuladığı sülh və sabitlik fürsətinin yarandığı bu çətin dövrdə biz İsrailin 1974-cü il "Güclərin Ayrılması Müqaviləsi"ni pozaraq bufer zonasına daxil olmasını və Suriya ərazisinə irəliləyişini şiddətlə pisləyirik. İsrailin uzun illərdir işğalçı zehniyyətini bir daha nümayiş etdirdiyi, Suriyanın suverenliyi, siyasi birliyi və ərazi bütövlüyünü dəstəkləməyi qətiyyətlə bəyan edirik”, - deyə açıqlamada qeyd olunub.