Operativ Məlumat Mərkəzi

Türkiyə Ukraynaya gedən minaaxtaran gəmilərin boğazlardan keçməsini qadağan edib

1 dəq
Paylaş:
Türkiyə Ukraynaya gedən minaaxtaran gəmilərin boğazlardan keçməsini qadağan edib
bu barədə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar Müdirliyi tərkibindəki Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında...

İstanbul blokdakı müttəfiqlərinə Londonun daha əvvəl Ukraynaya təhvil verdiyi minaaxtaran gəmilərin boğazlara buraxılmayacağı barədə məlumat verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar Müdirliyi tərkibindəki Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilib.

İstanbul, "Bəzi medianın Böyük Britaniya tərəfindən Ukraynaya transfer edilən minaaxtaran gəmilərin Türkiyə boğazlarından Qara dənizə keçməsinə icazə verildiyi ilə bağlı iddiaları doğru deyil",- deyə bildirib.

Hesabatda bildirilir ki, Türkiyə Montrö Boğazları Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq boğazları döyüşən tərəflərin hərbi gəmiləri üçün bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər