Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hava əməliyyatı nəticəsində PKK terror təşkilatının dörd üzvü öldürülüb.
Onlardan birinin – “Sevkan Çele” kod adlı Yusuf Kalkanın "rəhbər" şəxs olduğu, “Silahlı terror təşkilatına üzv olmaq” və “Silahlı terror təşkilatı qurmaq və idarə etmək” cinayətləri ilə qırmızı bülletenlə axtarıldığı vurğulanıb.