Operativ Məlumat Mərkəzi

"Türkiyə Avropa İttifaqına üzv olarsa, Aİ qlobal gücə çevriləcək" - Alman mediası

1 dəq
Paylaş:
"Türkiyə Avropa İttifaqına üzv olarsa, Aİ qlobal gücə çevriləcək" - Alman mediası
alman iqtisadçısı Henrik Müllerin Almaniyanın “Spiegel” jurnalında dərc olunan məqaləsində Türkiyə və Ukraynanın Aİ-yə üzv olacağı təqdirdə birliyin...

Almaniya mətbuatı Türkiyə Avropa İttifaqına (Aİ) üzv olacağı təqdirdə İttifaqın qlobal gücə çevriləcəyini yazır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, alman iqtisadçısı Henrik Müllerin Almaniyanın “Spiegel” jurnalında dərc olunan məqaləsində Türkiyə və Ukraynanın Aİ-yə üzv olacağı təqdirdə birliyin qlobal güc faktoruna və dünya səhnəsində mühüm aktora çevrilə biləcəyi qeyd edib.

Bundan əlavə yazıda qeyd olunub ki, birlik çox ciddi demoqrafik problemlər yaşayır. Bunun da qarşısını almaq üçün Turkiyə və Ukraynanın Avropa İttifaqına üzv olması şərtdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər