ABŞ prezidenti Donald Tramp general Aleksus Qrinkeviçi Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı və ABŞ-ın Avropadakı Baş Komandanı təyin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qrinkeviç əvvəllər Birləşmiş Qərargah Rəislərinin Əməliyyatlar üzrə direktoru vəzifəsində çalışıb.
"Defence News"-a görə, Qrinkeviç Pentaqonda ABŞ-ın ən perspektivli generallarından biri kimi şöhrət qazanıb. O, F-16 və F-22 döyüş təyyarələrini idarə edən keçmiş pilotdur. Qrinkeviç həmçinin CENTCOM-da dörd il xidmət edib və Yaxın Şərqdəki ABŞ qüvvələrinə rəhbərlik edib.