Tiflisdə keçmiş hökumət əleyhinə nümayişlər zamanı cinayət işi qaldırdıqdan sonra 15 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
Nazirlik açıqlamasında bildirib ki, etirazçılar tərəfindən törədilmiş “bütün cinayət əməlləri” hazırda Cinayət Məcəlləsinin 187-ci (başqasının əmlakına zərər vurma və ya məhv etmə) və 353-cü (polis əməkdaşına hücum etmə) maddələri ilə araşdırılır.
Gürcüstan Daxili İşlər Nazirliyi partlayışı törətməkdə ittiham olunan bir nəfərin saxlanıldığını bildirib.