Operativ Məlumat Mərkəzi

Taylandda qayıqda yanğın: Britaniyalı turist itkin düşdü

1 dəq
Paylaş:
Taylandda qayıqda yanğın: Britaniyalı turist itkin düşdü

Tailandın Koh Tao adasının sahillərində dalğıc gəmisində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı britaniyalı turist Aleksandra Klark itkin düşüb.

Qayıqda olan 21 nəfər isə xilas edilib.

Yanğın zamanı Cənubi Londonun Lambeth rayonundan olan 26 yaşlı Klarkın qayıqdakı lavaboda olduğu iddia edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər