Əsas məzmuna keç

Tapdığı avtomatı polisə təhvil verməyən Abşeron sakini saxlanılıb

Tapdığı avtomatı polisə təhvil verməyən Abşeron sakini saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim...

Rayon İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.

Araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…