Operativ Məlumat Mərkəzi

Suriya XİN İsrailin davam edən hücumlarını qətiyyətlə pisləyib

1 dəq
Paylaş:
Suriya XİN İsrailin davam edən hücumlarını qətiyyətlə pisləyib

Suriya Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazisinə davam edən hücumlarını qətiyyətlə pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada İsrailin Deranın qərbindəki Koya kəndində yaşayış məntəqələri və əkinçilik sahələrinə artilleriya və hava hücumları təşkil etdiyi bildirilib.

Hücumlar nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyi və ölənlərin sayının arta biləcəyi qeyd edilib.

Bu hücumların Quneytra və Dera əyalətlərinə edilən hücumların tərkib hissəsi olduğu bildirilib və İsrailin Suriyanın suverenliyini pozduğu və beynəlxalq hüquq normalarını pozduğu vurğulanıb.

Nazirlik hücumları ən sərt şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti İsrailin pozuntularını araşdırmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər