Əsas məzmuna keç

SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır

SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır

bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə...

Dövlət Neft Şirkəti (SOCAR) Somali ilə sektorunun müxtəlif istiqamətlərində mümkün əməkdaşlığı araşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" şirkətə istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə aparılan görüşündə aparılıb.

Görüşdə cari il fevralın 12-də İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…