Əsas məzmuna keç

Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

təbrikdə deyilir: "Zati-aliləri, cənab Prezident. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından...

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini İlham Əliyevi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və öz adımdan ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş .

Slovakiya ilə arasında münasibətlərin uzun illərdir dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, gələcək üçün böyük potensial yaratdığını məmnuniyyətlə qeyd edirəm. Strateji tərəfdaşlığımızın bu əlaqələri daha da möhkəmləndirərək yeni imkanlar yaratmasını yüksək qiymətləndirirəm.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkənizə səfərimi və şəxsən görüşümüzü xoş duyğularla xatırlayıram. Sizi Slovakiyada eyni yüksək qonaqpərvərliklə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm. Əminəm ki, görüşümüz ikitərəfli əlaqələrimizin uğurlu inkişafına mühüm təkan verəcəkdir.

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, uğurlar və rifah arzulayıram.

Bratislavada görüşümüzü və səmərəli müzakirələrimizi səbirsizliklə gözləyirəm.

Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…