Operativ Məlumat Mərkəzi

Siyarto: ABŞ administrasiyası ilə danışıqlar Ukraynada sülhə ümid verir

1 dəq
Paylaş:
Siyarto: ABŞ administrasiyası ilə danışıqlar Ukraynada sülhə ümid verir
bu bəyanatla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çıxış edib. "Düşünürəm ki, həll yolu indi həmişəkindən daha...

ABŞ administrasiyasının nümayəndələri ilə görüşlər göstərir ki, Ukrayna münaqişəsinin həlli həmişəkindən daha yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bəyanatla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto çıxış edib.

"Düşünürəm ki, həll yolu indi həmişəkindən daha yaxındır. ABŞ və Rusiya ən yüksək səviyyədə məsləhətləşmələrə başlayıb və bu, Ukraynada sülhün əldə olunacağına ümid verir. Bizə Amerika-Rusiya razılaşması lazım idi və indi belə bir razılaşma əldə oluna bilər", - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər