Əsas məzmuna keç

Şəkidə VII əsrə aid gümüş sikkələri satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəkidə VII əsrə aid gümüş sikkələri satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaqda şübhəli bilinən...

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaqda şübhəli rayon sakini Bəhram Abdurahmanov saxlanılıb.

DİN-in Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub.

Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan olduğu müəyyən edilib.

Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…