Operativ Məlumat Mərkəzi

Sabah Şirvan və Hacıqabulda qaz olmayacaq

2 dəq
Paylaş:
Sabah Şirvan və Hacıqabulda qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan...

Sabah şəhəri və rayonunda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrini qazla təmin edən dş 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu Navahi qəsəbəsini təbii qazla təmin edən dş 250 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatının daxildən dayandırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax