"Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşlərdə Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması haqqında Müqavilə (ŞHSA) müzakirə olunub".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a verdiyi açıqlamada bildirib.
Peskov qeyd edib ki, ŞHSA mövzusu ümumilikdə görüşlərdə qaldırılıb.
O bildirib ki, həqiqətən də tərəflər strateji sabitlik və təhlükəsizlik sahəsində tənzimləyici hər hansı ikitərəfli sənədlər olmadan qala biləcəkləri vəziyyətin astanasındadırlar.
Kremlin nümayəndəsi müqavilənin bitməsinin ümumdünya qlobal vəziyyət baxımından böyük təhlükələrə yol açacağını qeyd edib və bununla bağlı dəfələrlə fikir bildirildiyini, lakin mövzu üzrə konkret müzakirələrin aparılmadığını vurğulayıb.