Operativ Məlumat Mərkəzi

"Rusiya Ukrayna probleminin həlli ilə bağlı mövqeyini bu gün açıqlayacaq"

1 dəq
Paylaş:
"Rusiya Ukrayna probleminin həlli ilə bağlı mövqeyini bu gün açıqlayacaq"
bununla bağlı xarici KİV məlumat yayıb. Medinski sənədin Ukrayna və ingilis dillərində verildiyini bildirib və əlavə edib:  "Rusiya nümayəndə heyəti daha...

Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski həll yolu ilə bağlı memorandum araşdırmasını Ukrayna tərəfdən aldıqlarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Medinski sənədin Ukrayna və ingilis dillərində verildiyini bildirib və əlavə edib:

"Rusiya nümayəndə heyəti daha əvvəl Ukraynadan sülh yolu ilə nizamlanma memorandumunun variantını almışdı"

Fərqli dildə olan sənədin onlar üçün problem olmadığını deyən Medinski, sənədin əsas məqamlarının Qərb mətbuatında dərc olunduğunu qeyd edib.

Medinski həmçinin bildirib ki, Rusiya Ukrayna probleminin həlli ilə bağlı mövqeyini bu gün açıqlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər