Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, ABŞ prezidenti Donald Trampın Kremlə "dramatik ultimatumu" verdiyini, lakin bunun Rusiyanın vecinə olmadığını qeyd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ prezidenti Tramp 50 gün ərzində Ukrayna ilə razılığa gələ bilməsə, Rusiyaya tətbiq edilən tarifləri 100 faiz artıracağını və Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlayıb.