Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nə üzv olduğunu və buna görə də İrana nüvə silahı vermədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə verdiyi yazılı açıqlamada bildirib.
ABŞ-ın İranın hücumunu pislədiyini vurğulayan Medvedev hücumun məqsədinə çatmadığını deyib.
Medvedev Rusiya prezidenti olduğu müddətdə Rusiyanın nüvə qüvvələrinə cavabdeh olduğunu və İrana nüvə silahının verilməsinin nəyə gətirib çıxara biləcəyindən xəbərdar olduqlarını qeyd edib.